SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azərbaycanda bu banklar qiymətli kağız almağa qorxur - SİYAHI

Azərbaycanda bu banklar qiymətli kağız almağa qorxur - SİYAHI

  • 05 avqust 2025, 14:49

Bu il iyulun 1-nə Azərbaycandakı 22 bankdan 3-nün aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb. 

Yurd.Media-nın apardığı araşdırmaya görə, bunlar, “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank Avrasiya” və “Bank BTB”dir.

ASB əvvəlcədən kapital bazarında olmayıb, digər banklar isə qiymətli kağızlarını bu ilin II rübündə satıb.

Qalan 19 bank isə qiymətli kağızlar bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. 3 bankda - "Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “PAŞA Bank” investisiya qoyuluşu 2 milyard manatdan çox, 3 bankda 100-200 milyon manat arasında, 13 bankda isə 100 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 9-da kapital bazarına investisiyalar artıb, 13 bankda azalıb, 1 bankda – ASB-də isə məlum səbəbdən dinamikanı hesablamaq mümkün olmayıb. Qiymətli kağızların alışını ən çox artıran bank “Premium Bank” (2,7 dəfə), ən az artıran bank isə “PAŞA Bank” (3,4%) olub.

Prime Leasing