SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış

Xocalı soyqırımı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, piyadaların 9 döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi.

Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu.

Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Ağdaşda Xocalı faciəsinə həsr olunmuş sərgi - FOTO
Ağdaş
26.02.2026 23:02
Ağdaşda Xocalı faciəsinə həsr olunmuş sərgi - FOTO
Sabirabadda Xocalı soyqırımının 34-cü ildönümü anılıb
Sabirabad
26.02.2026 22:17
Sabirabadda Xocalı soyqırımının 34-cü ildönümü anılıb
İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər
Xocalı
26.02.2026 20:06
İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər
Gənclərin Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirləri - FOTO
Ölkə
26.02.2026 17:52
Gənclərin Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirləri - FOTO
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının AÇILIŞINDA - FOTO
Ölkə
26.02.2026 16:20
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının AÇILIŞINDA - FOTO
Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını ara vermir - FOTO
Bakı
26.02.2026 14:53
Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını ara vermir - FOTO
Xocalıdan keçən qəhrəmanlıq yolu: Bir fotonun tarixçəsi
Xocalı
26.02.2026 13:44
Xocalıdan keçən qəhrəmanlıq yolu: Bir fotonun tarixçəsi
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Bakı
26.02.2026 12:36
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalı faciəsinin şahidi: Bir anda partlayışlar başladı, bir-birimizi itirdik... - MÜSAHİBƏ
Xocalı
26.02.2026 09:37
Xocalı faciəsinin şahidi: "Bir anda partlayışlar başladı, bir-birimizi itirdik..." - MÜSAHİBƏ
Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir
Xocalı
26.02.2026 00:36
Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"
Xocalı soyqırımı - İnsanlıq tarixinin qanlı səhifəsi
Xocalı
26.02.2026 00:00
Xocalı soyqırımı - İnsanlıq tarixinin qanlı səhifəsi
Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
Xocalı
25.02.2026 23:21
Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
Parisdə Xocalı soyqırımının 34-cü ildönümü qeyd edilib
Yurddan uzaq
25.02.2026 17:32
Parisdə Xocalı soyqırımının 34-cü ildönümü qeyd edilib
Xocalı ilə bağlı Reza Deqatinin müəllifi olduğu fotosübutların SƏRGİSİ
Bakı
23.02.2026 20:58
Xocalı ilə bağlı Reza Deqatinin müəllifi olduğu fotosübutların SƏRGİSİ
Siyəzəndə şəhidlərin xatirəsinə həsr olunmuş cüdo turniri
Siyəzən
22.02.2026 12:22
Siyəzəndə şəhidlərin xatirəsinə həsr olunmuş cüdo turniri
Azərbaycana qarşı cinayətlər törədən Arayik və digər separatçılara HÖKM OXUNDU
Ölkə
05.02.2026 14:03
Azərbaycana qarşı cinayətlər törədən Arayik və digər separatçılara HÖKM OXUNDU