SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Siyəzəndə şəhidlərin xatirəsinə həsr olunmuş cüdo turniri

Siyəzəndə şəhidlərin xatirəsinə həsr olunmuş cüdo turniri

Siyəzən

Siyəzəndə Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon turniri keçirilib.

Yurd.Media xəbər verir ki, Siyəzən şəhər stadionunun idman zalında Quba-Xaçmaz Regional Gənclər və idman idarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektoru, Siyəzən Rayon icra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil idarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən turnirdə 2012-2013 və 2014-cü il təvəllüdlü yeniyetmələr iştirak ediblər.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüsal Alışov, Siyəzən Rayon icra Hakimiyyətinin məsul əməkdaşı Elvin Nəzərov, Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri Elşad Sultanov və UGİŞM-in direktoru Yavuz Əliyev çıxış ediblər.

Çıxışlarda tədbirin əhəmiyyətindən danışaraq belə yarışların yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, cüdo idman növünün təbliğinə, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, rayon idmançılarının peşəkarlıq səviyyəsinin artırılması, perspektivli idmançıların üzə çıxarılması, zona və respublika səviyyəli yarışlara hazırlanması, idmançılar arasında sağlam həyat tərzinin təbliğ və təşviq edilməsi, onların asudə vaxtlarının səmərəli təşkilinə müsbət təsir göstərdiyini bildirib və yarış iştirakçılarına uğurlar arzulayıblar.

Turnir Cüdo Federasiyası tərəfindən təsdiq olunmuş qaydalar əsasında təşkil olunub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib idmançılar Quba-Xaçmaz Regional Gənclər və idman idarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırıldı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları