Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Şəki Olimpiya İdman Kompleksi” MMC-nin dövlətə borcu kəskin artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, kompleksin vergi borcu 30,9 min manata çatıb. Noyabrın ərzində müəssisənin vergi borcu 20 min manat və ya təxminən 3 dəfə artıb.
Qeyd edək ki, 2017-ci ildə dövlət qeydiyyatına alınan “Şəki Olimpiya İdman Kompleksi”nin nizamnamə kapitalı 43,9 milyon manatdır. Qanuni təmsilçisi Anar Hüseynidir.