Neftçala Olimpiya İdman Kompleksinin nizamnamə kapitalı formalaşdırılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Neftçala Olimpiya İdman Kompleksinin nizamnamə kapitalı 1 792 6480 manat müəyyənləşdirib.
Qeyd edək ki, Neftçala şəhərində yerləşən müasir idman və istirahət mərkəzinin tikintisinə 2013-cü ildə başlanıb, 2023-cü il aprel ayının 18-də açılışı olub.
Ümumi sahəsi 12,848 kvadratmetr olan kompleks , 4 hektar ərazidə yerləşir.
Universal idman zalı 770 , üzgüçülük hovuzu isə 220 tamaşaçı yeri ilə təchiz olunmuşdur. Kompleksdə bir çox idman növləri ilə məşğul olmaq üçün hər çür şərait yaradılmışdır. Kompleksdə həmçinin mehmanxana, kafe və restoran xidmətləri də fəaliyyət göstərir.
Kompleksin direktoru Asif Bayramovdur.