SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Parisdə Xocalı soyqırımının 34-cü ildönümü qeyd edilib

Parisdə Xocalı soyqırımının 34-cü ildönümü qeyd edilib

  • 25 fevral 2026, 17:32

Fransanın paytaxtı Parisdə Eyfel qülləsi konsert zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. 

Yurd.Media xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş anım tədbirində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın Fransadakı səfirliyinin hərbi attaşesi, polkovnik Cavid Abdullayev, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev, fransalı vəkillər, professorlar, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva qonaqlara Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək dinc əhaliyə qarşı törədilmiş ən qəddar etnik zorakılıq aktlarından biri olduğunu qonaqların diqqətinə çatdırıb. 

Konsertdə Azərbaycan və dünya bəstəkarlarının mahnılarını azərbaycanlı violonsel ustası Camal Əliyev, pianoda Ece Dağıstan ifa ediblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları