SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Qətərin dövlət neft-qaz şirkətində azərbaycanlıya yüksək vəzifə verildi

Qətərin dövlət neft-qaz şirkətində azərbaycanlıya yüksək vəzifə verildi

  • 24 noyabr 2026, 10:39

Qətərin dövlət neft-qaz şirkəti olan "QatarEnergy"də azərbaycanlıya yüksək vəzifə verilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azad Misirli "QatarEnergy LNG" şirkətində İstismara vermə və avadanlıqların qorunması üzrə rəhbər vəzifəsinə təyin olunub.

Azad Misirli bundan əvvəl 2025-ci ilin iyulundan 2026-cı ilin iyulunadək “Air Products” şirkətində mexaniki istismara vermə mühəndisi vəzifəsində çalışıb. O, bu müddətdə “Cooling Water” və tullantı suları sistemləri üzrə istismara vermə sınaq planlarının hazırlanması, sistemlərin sərhədlərinin müəyyənləşdirilməsi, avadanlıqların yoxlanılması, nasazlıqların qeydə alınması, nasos və mühərriklərin alarm və qoruma sistemlərinin yoxlanılması, fırlanan avadanlıqlarda yaranan problemlərin aradan qaldırılması ilə məşğul olub.

2023-cü ilin avqustundan 2025-ci ilin iyulunadək isə “Air Products”un NEOM Green Hydrogen Elements layihəsində qorunma və konservasiya işləri üzrə supervayzer (Preservation Supervisor) vəzifəsini icra edib. O, layihə üzrə konservasiya strategiyasının hazırlanması, avadanlıqların uzunmüddətli saxlanması, texniki sənədlərin yoxlanılması, sahə inspeksiyaları, təhlükəsizlik prosedurlarına nəzarət və konservasiya işlərinin koordinasiyasını həyata keçirib.

Azad Misirli 2019-cu ilin noyabrından 2023-cü ilin avqustunadək BP şirkətində aparıcı istismara vermə və konservasiya mühəndisi olub. O, BP-ACE layihəsində satınalma, anbar, layihə komandası və təchizatçılarla koordinasiya, avadanlıqların konservasiyası, texniki sənədləşmə və müvafiq işlərin təhlükəsizlik, keyfiyyət və ətraf mühit standartlarına uyğun icrasına nəzarət edib.

2018-ci ilin mayından 2019-cu ilin noyabrınadək “Tekfen Construction” şirkətində Qazaxıstanın Atırau vilayətində TCO – FGP/WPM layihəsi üzrə konservasiya meneceri vəzifəsində çalışıb.

O, 2015-ci ilin aprelindən 2018-ci ilin aprelinədək “AZFEN” MMC-də mexaniki konservasiya mühəndisi, 2013-cü ilin aprelindən 2015-ci ilin aprelinədək “Sangachal Terminal”da BP-Flare Upgrade layihəsi üzrə sahə supervayzeri – işlərin icra səlahiyyətlisi, 2012-ci ilin martından 2013-cü ilin aprelinədək isə BP-COP layihəsində mexaniki foreman vəzifəsində işləyib.

Azad MisirliAzad Misirli

Skat.az - Ev və Avtomobil elanları