SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Xocalı ilə bağlı Reza Deqatinin müəllifi olduğu fotosübutların SƏRGİSİ

Xocalı ilə bağlı Reza Deqatinin müəllifi olduğu fotosübutların SƏRGİSİ

Bakı

Prezident Kitabxanasında Xocalı ilə bağlı Reza Deqatinin müəllifi olduğu fotosübutların sərgisi keçirilib.

Yurd.Media xəbər verir ki, Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə tə.kil olunan “Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində” adlı fotosərgi ilə yanaşı konfrans da keçirilib.

Konfransda çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəri dəyərlərə qarşı yönəlmiş amansız bir soyqırımı aktıdır. 

Sonra Prezident Kitabxanası tərəfindən faciəni əks etdirən videoçarx nümayiş edilib.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının tarixi kökləri, şahidlərin acı xatirələri, cinayətin hüquqi aspektləri və bu faciənin vizual şəkildə dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs ediblər. Natiqlər, həmçinin xalqımızın qan yaddaşına həkk olunmuş bu dəhşətli hadisənin gənc nəsillərə ötürülməsində foto sənətinin müstəsna rolunu vurğulayıblar.

Tanınmış fotojurnalist Reza Deqati öz çıxışında nümayiş olunan fotoları bir-bir şərh edərək, hər bir kadrın Xocalı faciəsinin dünyaya çatdırılmasındakı müstəsna rolundan bəhs edib. Çıxış zamanı, həmçinin həmin görüntülər əsasında hazırlanmış qısa videoçarx da nümayiş olunub.

Konfransda vurğulanıb ki, bu gün Azərbaycan xalqı Xocalı faciəsinin ildönümünü fərqli duyğularla yad edir - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli iradəsi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edilib, şəhidlərimizin qisası döyüş meydanında alınıb. 

Ardınca Prezident Kitabxanası tərəfindən hazırlanmış, rəşadətli Ordumuzun Qələbəsini və Xocalıya böyük qayıdışı tərənnüm edən videoçarx təqdim olunub.

Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında bəstəkar Oqtay Rəcəbovun “Adın tarix oldu, Xocalı” kompozisiyası və Nərmin Nərimanlının ifasında “Vətən” mahnısı səsləndirilib.

“Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində” adlı fotosərgi fevralın 28-dək davam edəcək. Sərgidə yer alan sənədli görüntülər faciənin dəhşətlərini dünyaya çatdıran tarixi sübutlar kimi təqdim olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları