SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Sabirabadda Xocalı soyqırımının 34-cü ildönümü anılıb

Sabirabadda Xocalı soyqırımının 34-cü ildönümü anılıb

Sabirabad

Sabirabad Bayraq Muzeyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Yurd.Media xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan mərasimdə Xocalı faciəsi qurbanlarının, eləcə də Vətənimizin azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi ilə bir dəqiqəlik sükutla yad olunub.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında Xocalı faciəsinin Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olduğunu bildirib və bu soyqırımının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb. O qeyd edib ki, bu gün Xocalı yenidən qurulur və dirçəlir ki, bu da dövlətimizin gücünün və xalqımızın iradəsinin göstəricisidir.

Bildirilib ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib.

Tədbirdə çıxış edən Xocalı sakinləri faciənin ağır nəticələrindən danışaraq baş verənləri bəşəri cinayət kimi qiymətləndiriblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları