SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ağdaşda Xocalı faciəsinə həsr olunmuş sərgi - FOTO

Ağdaşda Xocalı faciəsinə həsr olunmuş sərgi - FOTO

Ağdaş

Ağdaş Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Heydər Əliyev adına parkda Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr edilmiş “Xocalıdan Zəfərə” adlı ədəbi-bədii kompozisiya və rəsm sərgisi təşkil olunub.

Yurd.Media xəbər verir ki, sərgi çərçivəsində gənc rəssamların Xocalı həqiqətlərini əks etdirən əsərləri nümayiş olunub.

Təqdim edilən hər bir tablo uşaqların baxış bucağından tarixə ünvanlanan mənəvi çağırış, milli yaddaşa həkk olunan duyğulu bir iz kimi dəyərləndirilib.

Eyni zamanda yaradıcı uşaqların ifasında səhnələşdirilmiş ədəbi-bədii kompozisiya və emosional çıxışlar faciənin ağrısını bir daha tamaşaçıların yaddaşında canlandırıb. Kompozisiyanın ideya xətti Xocalıdan başlayan iztirab yolunun Zəfərlə tamamlanmasını simvolizə edib.

Tədbirin sonunda iştirakçıların birliyi, üçrəngli Dövlət Bayrağımızın qürurla dalğalanması və “XOCALI” sözü önündə verilən ümumi mesaj bir daha nümayiş etdirib ki, Xocalı xalqımızın qəlbində sağalmayan yara, Zəfər isə həmin yaradan doğan milli qürur mənbəyidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları