“Yasamal Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) inzibati qaydada cərimə edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən MMC barəsində inzibati protokol tərtib edilib.
Protokola əsasən, Hospital özünə məxsus “Fiat Doblo Panorama” markalı nəqliyyat vasitəsinə dair mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamayıb.
Buna görə də MMC İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati qaydada ittiham edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC 300 manat miqdarında cərimə olunub.