SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Ölüm hallarının 15 faizi hərəkətsizliklə bağlıdır – Mütəxəssislərin tövsiyələri

Ölüm hallarının 15 faizi hərəkətsizliklə bağlıdır – Mütəxəssislərin tövsiyələri

  • 12 oktyabr 2026, 08:23

Müasir həyatın sürətli tempi bir çox insanın özünü həddən artıq yorğun hiss etməsinə səbəb olur. Bu səbəblə insanlar idmana vaxt ayırmaqda çətinlik çəkir, pilləkənlərdən istifadə etmək əvəzinə liftə üstünlük verir, axşam yeməyindən sonra isə ekran qarşısında vaxt keçirməyi seçir.

Yurd.Media xəbər verir ki, həyata keçirilən tədqiqatlar oturaq həyat tərzinin insan ömrünü əhəmiyyətli dərəcədə qısaltdığını ortaya qoyur.

İnsan ölümlərinin 15 faizi kifayət qədər fiziki aktivliyin olmaması ilə əlaqədardır. Sağlam yaşam üçün 7 yaşdan 70 yaşa qədər hər bir insanın idmanla məşğul olmasının vacibliyini bildirən mütəxəssislər, heç bir sağlamlıq problemi olmayan şəxslərə həftədə 150 dəqiqə orta intensivlikdə aerobik hərəkət və güc təlimləri icra etməyi məsləhət görür.

Hər gün mütəmadi şəkildə idmanla məşğul olmaq əzələ sisteminin və ürək-damar sisteminin daha səmərəli fəaliyyət göstərməsini təmin edir.

Bütün yaş qrupları üçün yetərli fiziki aktivlik zəruri hesab olunur. Həftədə minimum 5 gün 30 dəqiqə orta intensivlikdə və ya həftədə 3 gün intensiv aerobik məşqlər etmək tövsiyə olunur.

Skat.az - Ev və Avtomobil elanları