Ukraynadan gətirilən toyuq ətində salmonella çıxdı.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Ukraynadan idxal edilən 4.9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) nümunələr götürülüb, uyğunsuzluq aşkarlanıb.
Bildirilib ki, məhsul “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olub.
Laborator müayinələr nəticəsində məhsulda “salmonella” aşkarlanıb.
"Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb", - məlumatda qeyd olunub.
