Pomidor qəbulu mədə xorasının yaranmasına şərait yarada bilər və məhz buna görə bu tərəvəzi hər kəs, xüsusilə mədə-bağırsaq sistemində narahatlığı olan şəxslər diqqətlə qəbul etməlidirlər.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın diabet, həzm və böyrək xəstəlikləri milli institutunun tədqiqatında bildirilir.
Ekspertlər vurğulayırlar ki, ABŞ əhalisinin təxminən 6 faizi mədə xorasından və ya peptik xoradan əziyyət çəkir. Bir sıra insanlar narahatedici mədə-bağırsaq simptomları ilə müşayiət olunan xoralarla üzləşirlər və bu, pomidor kimi müəyyən ərzaqların qəbulu nəticəsində daha da ağırlaşa bilər.
"Mədə-bağırsaq sistemində turşuluğun toplanması mədə xorasının formalaşmasına zəmin yaradır, yüksək turşuluq ehtiva edən qidalar bu prosesi gücləndirir və pomidor həmin ərzaqlardan biridir", - mütəxəssislər açıqlayırlar.
Onlar eyni zamanda diqqətə çatdırırlar ki, pomidor mədə xorasının əmələ gəlmə ehtimalını yüksəldə və artıq bu xəstəliyə tutulmuş şəxslərdə durumu daha da ağırlaşdıra bilər.
"Əgər pomidor daimi olaraq mədə narahatlığına yol açırsa, onu qidalanma rejiminizdən çıxarmaq lazımdır. Mədə xorası olan insanlar üçün faydalı ərzaqlar mövcuddur, məsələn, probiotik tərkibli məhsullar - tempe, kimçi və ya qatıq.
Pomidordan fərqli olaraq, qırmızı bolqar bibəri əla alternativdir, çünki o, mədə xoralarına qarşı müdafiəedici xassələrə malik ola bilər", - tədqiqatçılar nəticə olaraq bildirirlər.