SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Saqqızdakı bu maddə ürək-damar xəstəlikləri riskini artırır

Saqqızdakı bu maddə ürək-damar xəstəlikləri riskini artırır

  • 05 iyun 2026, 00:14

Geniş şəkildə tətbiq olunan süni dadlandırıcı ksilitolun ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult ehtimalını artırdığı elmi yolla müəyyənləşdirilib.

Yurd.Media xəbər verir ki, bu məlumat "European Heart Journal" nəşrində çap edilmiş tədqiqatda əks olunub.

Məlumata görə, saqqız və diş pastasının tərkibinə daxil olan ksilitol maddəsi infarkt və insult yaradan riskləri iki dəfəyə qədər yüksəldir.

Həyata keçirilən tədqiqatlar nəticəsində aydın olub ki, saqqız ürək-damar problemləri riski daşıyan və pəhriz rejimi izləyən şəxslərdə trombositlərin laxtalanma prosesini intensivləşdirir. Bu cür qan laxtalanması isə infarkt, insult və hətta ölüm halları ilə nəticələnə bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları