Mütəxəssislər tütün məmulatlarının ağız boşluğu və diş sağlamlığına əhəmiyyətli dərəcədə mənfi təsir göstərdiyini, siqaret istifadə edən şəxslərdə ağız xərçənginin yaranma ehtimalının xeyli yüksək olduğunu açıqlayıblar.
Yurd.Media xəbər verir ki, Türkiyəli professor Semih Özbayrak bildirib ki, siqaret diş əti iltihabının güclənməsinə gətirib çıxarır, həmçinin dişi əhatə edən sümük toxumasını tədricən əridərək dişlərin düşməsinə yol açır.
Professorun fikrincə, nisbətən az zərərli hesab edilən qəlyan və elektron siqaretlər də ağız boşluğunun selikli qişasında rəng dəyişikliyinə, diş daşının formalaşmasına və pis ağız qoxusunun yaranmasına gətirib çıxarır.
Professor həmçinin vurğulayıb ki, siqaret toxumaların müdafiə qabiliyyətini zəiflədərək ağız selikli qişasında xərçəngəqədərki dəyişikliklərə səbəb ola bilər: "Xərçəng riski xüsusilə tütün məmulatları ilə yanaşı yüksək konsentrasiyalı spirtli içkiləri birlikdə qəbul edən və 50 yaşı keçmiş şəxslərdə 6-15 dəfə artır".