2026-cı ilin ilk 4 ayında Azərbaycana 4 min 884,92 ton əczaçılıq məhsulları idxal edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 7 min 496,63 ton olub.
Yurd.Media "Valyuta.az"a istinadən xəbər verir ki, bu, əczaçılıq məhsullarının idxal həcmində 2 min 611,71 ton və ya 34,8% azalma deməkdir.
Həcmdə azalma olsa da, dəyər ifadəsində artım qeydə alınıb.
2026-cı ilin yanvar-aprel aylarında əczaçılıq məhsullarının idxal dəyəri 170 milyon 815,44 min dollar təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 166 milyon 803,74 min dollar olub.
Nəticədə, əczaçılıq məhsullarının idxal dəyəri 4 milyon 11,7 min dollar və ya 2,4% artıb.