SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Enerji içkilərinin tərkibindəki maddələr və onların insan sağlamlığına fəsadları - ARAŞDIRMA

Enerji içkilərinin tərkibindəki maddələr və onların insan sağlamlığına fəsadları - ARAŞDIRMA

  • 04 iyun 2026, 19:17

Enerji içkilərinin insan orqanizminə vurduğu zərərlərə dair faktlar və məlumatlar həm dünya, həm də Azərbaycan mediasında dəfələrlə işıqlandırılsa da, bu məhsulların istehlakı azalmadan davam edir.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, İsveçdə 30 yaşlı Tereza adlı qadının diskotekada iki banka enerji içkisini spirtli içki ilə qarışdıraraq içməsinin ardınca ürəyinin dayandığı, 18 yaşlı basketbolçu Ross Kuninin 3 banka energetik içki qəbulundan sonra idman meydançasında həyatını itirdiyi kimi hadisələr geniş yayılıb. Enerji içkilərinin başqa ölüm hallarına da səbəb ola biləcəyi ehtimalı istisna edilmir, bununla belə onların satışına qadağa qoyulmur, "qanadlandırır" məzmunlu reklam çarxları efirdə yayımlanmağa davam edir.

Azərbaycanda bu tip içkilərin xüsusilə gənc nəsil arasında getdikcə daha çox istehlak olunması ciddi narahatlıq doğuran məsələdir.

Qeyd edək ki, fərqli vaxtlarda enerji içkilərinin zərərləri ilə əlaqədar dövlət qurumları tərəfindən tövsiyələr verilmişdir. Məsələn, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşından kiçik yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəlikləri olan insanların uzaq durmasını tövsiyə edib.

Həmçinin vurğulanıb ki, energetik içkilərin istehsalında tətbiq olunan kofein, şəkər, taurin, quarana kimi komponentlər, eləcə də rəngləyici qida əlavələri gündəlik normanı aşdığı təqdirdə insan sağlamlığına müəyyən mənfi nəticələr verə bilər.

Aparılmış tədqiqatlara əsasən, bir banka enerji içkisinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon turşusu, duzluluğu tənzimləyən maddə, karbon-4-oksid və müəyyən vitaminlər mövcuddur. Bu tip içkilərin insana əlavə enerji qazandırdığı ilə bağlı irəli sürülən iddialar əsassızdır. Həqiqətdə isə bu içkilər insanın öz daxili enerji ehtiyatlarını sərf edir. Sonradan həmin enerji ehtiyatının tükənməsi orqanizmdə yorğunluq, yuxusuzluq, əsəbilik və depressiya şəklində özünü büruzə verir. İçkilərin tərkibindəki aminturşular, karbon oksid, mineral maddələr və vitaminlər sərf olunan enerjinin yalnız cüzi bir hissəsini kompensasiya edir. Alkoqolsuz enerji içkilərində sintetik kofeinin həcmi 320 mq/l-ə çatır, halbuki gündəlik istifadə üçün yalnız 150 mq dozaya icazə verilir. Digər stimulyatorlar kimi, kofein də sinir sisteminin gərginləşməsinə yol açır və bu təsir 3-5 saat müddətində davam edir.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları