SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bölgələrdə tibbi xidmətlərdə problemlər insanları Bakıya üz tutmağa məcbur edir - VİDEO

Bölgələrdə tibbi xidmətlərdə problemlər insanları Bakıya üz tutmağa məcbur edir - VİDEO

  • 03 iyun 2026, 20:16

Azərbaycanın bir sıra bölgələrində tibbi xidmətlərin mümkün olmadığından insanlar Bakıya üz tutmaq məcburiyyətində qalırlar.

Yurd.Media xəbər verir ki, bəzi rayonlarda xəstəxanalarda həkim çatışmazlığı, tibbi avadanlıqların olmaması insanları Bakıda və digər regional ərazilərdə çarə axtarmağa sövq edir.

Pasiyentlər "Xəzər Xəbər"ə bildirirlər ki, UZİ-nin olmaması, növbə problemi onlar üçün çətinlik yaradır.

Onlar üç-dörd gün öncədən növbə alsalar da, həkim qəbuluna düşmək çətindir.

Ona görə də sakinlər digər yaxın rayonlara və ya paytaxta üz tuturlar.

Bu kimi hallar İsmayıllı, Tovuz və Zərdab rayonlarında da qeydə alınır.

Bölgələrdə tibbi xidmətlərdə problemlər insanları Bakıya üz tutmağa məcbur edir - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları