SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Baş ağrısından qurtulmaq üçün effektiv TƏBİİ VASİTƏLƏR

Baş ağrısından qurtulmaq üçün effektiv TƏBİİ VASİTƏLƏR

  • 02 iyun 2026, 23:16

Çoxsaylı insanlar hər gün dəfələrlə baş ağrısından əziyyət çəkir. Bəzən bu hal dözülməz səviyyəyə çataraq bütün gün boyu davam edir, getdikcə şiddətlənir, ürəkbulanma və iştahsızlıq kimi narahatlıqlara səbəb olur.

Yurd.Media xarici mediaya istinadən xəbər verir ki, bu tip ağrıların yaranmasına çoxlu sayda amillər təsir göstərir. Hava şəraiti, yorğunluq və digər faktorlar bunların sırasındadır.

Bəs baş ağrısını hansı üsullarla sovuşdurmaq mümkündür?

Yeganə həllin dərman preparatları olduğunu zənn etməyin. Şiddətli ağrıları təbii metodlarla da aradan qaldırmaq mümkündür.

İlk olaraq, kofein ağrıya müsbət təsir göstərə bilər. Baş ağrısını yüngülləşdirmək üçün kofe və ya kofein ehtiva edən çay qəbul edə bilərsiniz.

Boynunuzun arxa hissəsinə və ya alnınıza isti kompres tətbiq edə bilərsiniz. Bu üsul gərginliyi azaltmağa kömək edir. Bəzi insanlar isə soyuq su ilə kompres etməyi daha faydalı hesab edirlər.

Yoqa baş ağrısına qarşı ən təsirli vasitələrdən biridir. Yüngül boyun məşqləri ilə ağrını aradan qaldırmaq mümkündür.

Hindqozu şirəsi və quyu suyu baş ağrısına müsbət təsir göstərir. Bu vasitələr eyni zamanda stressi də azaltmağa kömək edir.

Hər gün açıq havada gəzinti, qaçış, üzgüçülük kimi fiziki fəaliyyətlər baş ağrısını tamamilə sovuşdurur. Qaranlıq bir otaqda 15 dəqiqə müddətində sakit şəkildə uzanmaq da ağrını xeyli azaldır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları