SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Mütəxəssislər: Enerji içkiləri uşaqlarda ciddi nevroloji problemlərə yol aça bilər

Mütəxəssislər: Enerji içkiləri uşaqlarda ciddi nevroloji problemlərə yol aça bilər

  • 01 iyun 2026, 17:48

Pediatrlar enerji içkilərinin uşaq orqanizminə vurduğu zərər haqqında fikirlərini bölüşüblər.

Yurd.Media xəbər verir ki, Türkiyədən ölkəyə gətirilən bir energetik içkinin tərkibində SİDENAFİL maddəsi müəyyən edilib.

Sözügedən içkinin konkret adını açıqlamasa da, mütəxəssislər enerji içkilərinin uşaqlar üçün ciddi təhlükə daşıdığını vurğulayır:

"Marketlərdə kiçikyaşlı uşaqların əlindəki energetik içkiləri hamı görür, bəzən valideynlər də çıxılmaz vəziyyətə düşür, almaqdan imtina edirlər, uşaq isə israr edir. İmtina edənlər var, amma həmişə yox. Uşağının istəyini yerinə yetirənlər kifayət qədərdir. Bu sətirləri yazarkən tv-lərdə yəqin "uçurdur", "qanadlandırır" kimi reklamlar gedir. Bu, cəlb edir hamını, uşağı da, böyüyü də".

Böyük maliyyə maraqlarının mövcud olduğu bir mühitdə mütəxəssislər tövsiyələri arxa plana keçir. Qida sahəsi üzrə ekspertlər bildirir ki, enerji içkilərinin formulasında kofein maddəsinin yüksək nisbətdə olması insan sağlamlığına mənfi təsir göstərir:

"Xüsusilə azyaşlı uşaqlar üçün bu təhlükə daha böyükdür. İlk olaraq asılılıq yaratması əsas narahatlıq doğuran məqamdır. Eyni zamanda baş ağrıları, həzm sistemi pozğunluqları da meydana gələ bilər. Enerji içkiləri keyfiyyətsiz hazırlanır. Tərkibinə əslində lazım olan elementlər əlavə edilmir. Daha çox kofeinə üstünlük verilir. Bu da ziyandır. Enerji içkilərinin qəbulu kofein zəhərlənməsinə səbəb ola bilər, uşaqlarda ciddi nevroloji problemlər, stress, yuxusuzluq, mədə bulanması, qusma, döyüntüsünün artması, aritmiya əmələ gələ bilər".

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları