Uşaqlarda yüksək hərarətlə mübarizə aparmaq üçün valideynlər çox vaxt kələm yarpaqları və sərin dəsmallar kimi sadə ev üsullarına müraciət edirlər.
Bu metodlar bədən temperaturunu aşağı salmaq və istilik mübadiləsi proseslərini nizamlamaq yolu ilə uşağın ümumi vəziyyətini yüngülləşdirməyə yönəlmiş ən əlçatan vasitələrdən hesab olunur.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu rusiyalı pediatr Regina Qriqoryeva bildirib.
"Alın nahiyəsinə qoyulan kələm yarpağı uşağın bədən hərarətini qısa müddətdə aşağı salmağa kömək edən sadə bir metoddur. Eyni zamanda, alnı sərin dəsmalla silmək və ya kompres qoymaq da müsbət nəticə verir. Ancaq bu üsullar dərman preparatları ilə birlikdə tətbiq olunan köməkçi tədbirlər kimi qiymətləndirilir", - deyə Regina Qriqoryeva qeyd edib.
Pediatrın açıqlamasına əsasən, uşaqlarda bədən temperaturunu salmaq üçün yeganə təhlükəsiz dərman vasitələri uşağın çəkisinə müvafiq olaraq hesablanmış dozada parasetamol və ibuprofendir.