SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Boyunda duz yığılmasını aradan qaldıran sadə resept

Boyunda duz yığılmasını aradan qaldıran sadə resept

  • 05 iyun 2026, 23:39

Boyunda, xüsusilə onun arxa hissəsində onurğa fəqərələri üzərində duz toplanması əslində boyun fəqərələrinin ostexondrozu hesab olunur. Bədənin bu nahiyəsində yaranan hər hansı problem həm bütün orqanizmə, həm də baş nahiyəsinə mənfi təsir göstərir.

Yurd.Media xəbər verir ki, boyun nahiyəsindən çoxlu sayda damar və sinir lifləri keçir. Bu hissədə sinirlərin sıxılması, damarların tutulması baş ağrılarına, ətrafların keyləşməsinə, yuxu pozuntularına və həddindən artıq yorğunluğa səbəb olur.

Sizə ev şəraitində bir çox dərman preparatlarından daha təsirli olan effektiv bir kompres reseptini təklif edirik.

Sizə lazım olacaq:

Kartof — 2 ədəd

Bal — 50 qram

Zeytun yağı — 20 ml

Kartofu sürtgəcdən keçirin və bal ilə yaxşıca qarışdırın. Hazırlanmış qarışığı tənzif və ya pambıq parçanın arasına maska şəklində yayaraq boyun və çiyin nahiyəsinə yerləşdirin. Üzərinə selofan örtüb, isti şəkildə bağlayın. Kompresi 2-3 saat müddətində saxlayın. Daha sonra kompresi çıxarıb, qalıqları salfetlə təmizləyin və həmin nahiyəyə qızdırılmış zeytun yağı sürtün. Güclü sürtmədən yüngül hərəkətlərlə çəkin.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları