Sosial şəbəkələrdə əvvəllər saç ustası olduğu deyilən indi isə həkimlik edən xanım əməliyyatdan qeyri-etik görüntülər paylaşıb.
Yurd.Media xəbər verir ki, Abdullayeva Gülbədə adlı həkim sosial şəbəkələrdə əməliyyat otağında əlcəksiz, saçının tam örtülmədiyi halda, həmçinin xəstənin bədən üzvlərinin göründüyü videolar paylaşıb. Qeyd edək ki, videolara blur effektini Yurd.Media əlavə edib.
Görüntüləri paylaşan jurnalist Pərvin Abışovanın sözlərinə görə, həmin xanım daha öncə saç ustası olaraq çalışıb.