Saatlı rayonunda fəaliyyət göstərən “Dr. Aynur Clin” obyektin sahibi cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Dr. Aynur Clinc” obyektində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması aşkar olub.
Klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə protokol tərtib edilib.
Saatlı Rayon Məhkəməsinin qərarı ilə obyektin sahibinə 5 min manat cərimə yazılıb.