SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qısa gündüz yuxusunun faydaları: əhval-ruhiyyəni yaxşılaşdırır, beynin öyrənmə qabiliyyətini artırır

Qısa gündüz yuxusunun faydaları: əhval-ruhiyyəni yaxşılaşdırır, beynin öyrənmə qabiliyyətini artırır

Qısa gündüz yuxusu əhval-ruhiyyəni yaxşılaşdırır, beynin öyrənmə qabiliyyətini artırır, stress səviyyəsini azaldır,yaddaşın konsolidasiyasına kömək edir, yəni artıq məlumatlardan xilas olmağa və yeni məlumatlar üçün yer açmağa kömək edir.

Yurd.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya elmi tədqiqatların nəticələrini açıqlayıb. Onun sözlərinə görə, fasiləsiz yuxu bir neçə mərhələdən ibarətdir və hər biri müxtəlif fazaları əhatə edir.

Birinci mərhələ yavaş yuxudur. Əvvəlcə insan mürgüləməyə başlayır, bu zaman ürək döyüntüsü və tənəffüs yavaşlayır, əzələlər isə boşalır. Sonra səthi yuxu başlayır, bu zaman beyin xarici qıcıqlandırıcıları qəbul etməyi dayandırır və dərin yuxuya hazırlaşır. Alimlər qeyd ediblər ki, yuxunun birinci və ən qısa fazasından dərhal sonra beyin daha aktiv işləməyə başlayır. Eksperimentlərin birində iştirakçılardan qısa gündüz istirahətindən sonra qeyri-standart tapşırıqları həll etmək xahiş olunub və məlum olub ki, onlar gün ərzində yatmayanlardan daha uğurlu və sürətli həll ediblər. Digər tədqiqatın müəllifləri güman ediblər ki, gündüz yatmaq vərdişi beynin qocalmasını bir neçə il ləngidə bilər, lakin bunun etibarlı sübutları hələ əldə edilməyib. Tədqiqatçılar yaş artdıqca beyin həcminin azalması və koqnitiv qabiliyyətlərin zəifləməsi faktından çıxış ediblər. Daha əvvəl nevroloq işdə 10-15 dəqiqə yatmağı təklif edib. Onun sözlərinə görə, ofisdə qısa yuxu gücü bərpa etməyə kömək edəcək. Bəzi böyük xarici və  şirkətlərində artıq power nap texnikası tətbiq olunur.

Prime Leasing