SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Premium Clinic”dəki müayinələrin nəticələrini əldə etmək məşəqqətə çevrilib - ŞİKAYƏT

“Premium Clinic”dəki müayinələrin nəticələrini əldə etmək məşəqqətə çevrilib - ŞİKAYƏT

  • 21 sentyabr 2026, 13:09
Bakı

Bakıda fəaliyyət göstərən “Premium Clinic”dən rentgen görüntüsünü almaq məşəqqətə çevrilib.

Yurd.Media xəbər verir ki, jurnalist Azad Əliyev sosial şəbəklə hesabında “Premium Clinic”də göstərilən tibbi xidmətlərlə bağlı qarşılaşdığı çətinlikləri yazıb.

Jurnalist anasının səhhətində yaranan problem səbəbindən onu növbədə gözlətməmək üçün “Premium Clinic”ə apardığını bildirib.

Onun sözlərinə görə, klinikada anasına rentgen müayinəsi aparılıb və müalicə təyin edilib. Lakin müalicənin effekt vermədiyini bildirən jurnalist anasını başqa həkimə aparmaq qərarına gəlib.

Azad Əliyev bu zaman klinikadan rentgen görüntüsünü almaq problemə çevrilib. Ona görüntünün elektron formada göndərilməsi əvəzinə klinikaya gedərək fiziki şəkildə götürməsi tələb olunub.

Onun sözlərinə görə, təxminən yarım saat davam edən mübahisədən sonra rentgen görüntüsünün telefonla çəkilmiş fotosu ona göndərilib.

Skat.az - Ev və Avtomobil elanları