SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Nar nə üçün faydalıdır – tərkibi, xüsusiyyətləri və istifadə sahələri

Nar nə üçün faydalıdır – tərkibi, xüsusiyyətləri və istifadə sahələri

  • 19 sentyabr 2026, 23:48

Payız fəslinin ən sevilən meyvələrindən biri olan nar (Punica granatum) min illərdir ki, "cənnət meyvəsi" adı ilə tanınır.

Yurd.Media xəbər verir ki, Qədim Şərq mədəniyyətlərində bərəkət və sağlamlıq rəmzi hesab edilən bu meyvə həm ləzzəti, həm də qiymətli tərkib hissələri ilə insan bədəni üçün son dərəcə faydalıdır.

Nar C, K, E vitaminlərini, eləcə də fol turşusunu yüksək miqdarda özündə birləşdirir. Bu vitaminlər müdafiə sistemini gücləndirir, dərinin gəncliyini qoruyur və sinir sisteminin sağlamlığını dəstəkləyir. Tərkibində olan kalium ürəyin normal işləməsini təmin edir, dəmir elementi isə anemiyaya qarşı mübarizədə mühüm rol oynayır.

Narın dənələri və şirəsi böyük həcmdə polifenollar və flavonoidlər saxlayır. Bu birləşmələr hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən müdafiə edərək yaşlanma prosesini ləngidır və onkoloji xəstəliklərin yaranma ehtimalını azaldır.

Nar şirəsi damar divarlarını gücləndirir, xolesterol səviyyəsini nizamlayır və qan dövranının yaxşılaşmasına kömək edir. Mütəmadi qəbul ürək-damar xəstəliklərinin qarşısının alınmasında profilaktik əhəmiyyət daşıyır.

Payız-qış dövründə nar orqanizmi viruslara və infeksion xəstəliklərə qarşı müdafiə edən təbii bir vasitə hesab olunur. Tərkibindəki C vitamini və sair antioksidant maddələr immun sisteminin fəaliyyətini artırır.

Nar həm şirəsi, həm də qabığı vasitəsilə həzm sisteminə faydalı təsir göstərir. Qabıqdan hazırlanan çaylar ishal və iltihabi proseslərdə yardımçı olur. Tərkibində lif maddəsi çox olduğuna görə həzm prosesini sürətləndirir.

Nar qanın keyfiyyətini artırır, zərərli maddələrin bədəndən xaric edilməsinə yardım göstərir. Dəmir defisitinin aradan qaldırılmasında təbii dəstək mənbəyi kimi qiymətləndirilir.

Nar ekstraktı kosmetologiya sahəsində geniş şəkildə tətbiq edilir. Dərinin elastikliyini yüksəldir, qırışların əmələ gəlməsini gecikdirir və saçların möhkəmlənməsinə müsbət təsir göstərir.

Skat.az - Ev və Avtomobil elanları