SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
TƏBİB-dəki rəhbər postunu əczaçılıq şirkətinə dəyişdi

TƏBİB-dəki rəhbər postunu əczaçılıq şirkətinə dəyişdi

  • 18 sentyabr 2026, 23:33

Dövlət səhiyyə strukturundakı postunu özəl əczaçılıq şirkətindəki rəhbər vəzifə ilə dəyişdi.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzinin Satınalmaların planlaşdırılması departamentinin müdiri Sevinc Məmmədova vəzifəsindən ayrılıb.

 O, beynəlxalq əczaçılıq şirkəti olan “EgAz Pharma”da Kommersiya direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Məmmədova 2023-2026-cı illərdə İnnovasiya və Təchizat Mərkəzində, 2021-2023-cü illərdə “Avromed Company”də, daha əvvəl isə “Zeytun Pharmaceuticals”də çalışıb.

Məlumat üçün bildirək ki, “EgAz Pharma” farmasevtik məhsulların istehsalı, idxalı və distribusiyası üzrə ixtisaslaşmış beynəlxalq əczaçılıq şirkətidir. Şirkət 2006-cı ildə Misirin İskəndəriyyə şəhərində təsis edilib və Azərbaycanda rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Baş ofisi Misirdə yerləşsə də, Azərbaycan başda olmaqla Gürcüstan, Moldova, Özbəkistan və Qazaxıstan kimi MDB ölkələrində təmsilçilik və distribusiya şəbəkəsinə malikdir.

Skat.az - Ev və Avtomobil elanları