SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Akdeniz Dent”ə tətbiq edilən 6 min manatlıq cərimə ləğv edildi

“Akdeniz Dent”ə tətbiq edilən 6 min manatlıq cərimə ləğv edildi

  • 21 sentyabr 2026, 17:54

“Akdeniz Dent”ə tətbiq edilən 6 min manatlıq cərimə ləğv edildi

Mingəçevirdə fəaliyyət göstərən “Akdeniz Dent” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus stomatoloji səhiyyə müəssisəsində yoxlama aparılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən şirkətə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı sertifikatsız ixtisaslaşmış tibbi yardımın göstərilməsi faktı aşkar edilib.

“Akdeniz Dent” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə şirkət 6 min manat cərimə olunub.

Qərardan narazı qalan MMC-nin rəhbərliyi apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını istəyib. 

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunub və birinci instansiya məhkəməsinin qərarı ləğv olunub, inzibati icraata xitam verilib.

Skat.az - Ev və Avtomobil elanları