Qəbizlik həzm sisteminin düzgün işləməməsi nəticəsində bağırsaq fəaliyyətinin zəiflədiyi bir haldır. Bu problemə əksər hallarda lifsiz qidalanma, kifayət qədər su içməmək, hərəkətsiz həyat tərzi, əsəbi gərginlik və ya bəzi dərman preparatları kimi faktorlar yol aça bilər.
Yurd.Media tibbi araşdırmalara əsasən xəbər verir ki, bu hal ümumiyyətlə qarın nahiyəsində ağrı, köp və diskomfort kimi əlamətlərlə müşayiət olunur.
Lakin bu qarışım bütün qəbizlik problemlərinizə son qoya bilər. Bunun üçün evdə asanlıqla hazırlaya biləcəyiniz dəmləməni istifadə edə bilərsiniz:
1 çay qaşığı yaşıl çay
1 çay qaşığı nanə
1 xörək qaşığı senna yarpağı
Bir qazana yarım litr su tökün və qaynama nöqtəsinə gətirin. Bütün tərkib hissələrini qaynar suya əlavə edin. İnqrediyentləri atdıqdan sonra qarışığın 10 dəqiqə müddətində dəmlənməsinə imkan verin.
Daha sonra süzgəcdən keçirin və çay şəklində için. Arzu etsəniz 1 çay qaşığı bal da qata bilərsiniz.
Bu dəmləmə uzunmüddətli istifadə üçün münasib deyil və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin həkim məsləhəti almadan qəbul etməmələri məsləhət görülür. Lakin xroniki qəbizliklə üzləşirsinizsə, mütəmadi olaraq qəbul edə biləcəyiniz bir sıra qidalar mövcuddur ki, onlar bu narahatlığı bütünlüklə aradan qaldırmağa kömək edə bilər.
Qoz-fındıq məhsulları ən yüksək lif tərkibinə malik qidalar arasında yer alır. Lakin badam bu kateqoriyada ən zənginlər sırasındadır. Bu səbəbdən qəbizlik problemi yaşayanların badam yeməsi tövsiyə olunur.
Alma da bu istiqamətdə sizə fayda verə bilər. Onu meyvə olaraq və ya salatın tərkibinə əlavə edərək istehlak edə bilərsiniz.
Ənginar qəbul etmək qəbizliyin önünə keçmək üçün əla bir vasitədir. Bir orta böyüklükdə ənginarda təqribən 7 qram lif mövcuddur. Bundan başqa, tərkibində 4 qram zülal, C vitamininin gündəlik normasının 25%-i və maqneziumun 19%-i yer alır. Buna görə də ənginar həm lif mənbəyi, həm də digər qidalılıq dəyərləri baxımından olduqca dəyərli bir məhsuldur.
Əla lif mənbəyi sayılan avokado qəbizlik problemlərini qısa zaman ərzində həll etməyə yardımçı ola bilər. Onu səhər yeməyində tost üzərində və ya salatda istehlak edə bilərsiniz. Bir porsiya avokado (bütöv meyvədən bir az az) 10 qram lif, 3 qram zülal və gündəlik C vitamini tələbatınızın 24%-ni qarşılayır. Bu baxımdan avokado qidalanma rejiminizə mütləq daxil edilməli olan faydalı bir məhsuldur.