SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Maliyyə Nazirliyi “HB Güvən klinikasını cərimələdi

Maliyyə Nazirliyi “HB Güvən" klinikasını cərimələdi

  • 21 avqust 2026, 12:53

“HB Güvən Klinika” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən aparılan yoxlama zamanı MMC-nin 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditinin aparılmadığı məlum olub. 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə klinika 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “HB Güvən" klinikası 2018-ci ildən fəaliyyət göstərir, direktoru Vüqar Butayevdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları