Türklərin səhər süfrələrində əvəzolunmaz yer tutan küncüt halvası ilə əlaqədar ciddi qalmaqal baş verib. Məlum olub ki, bu məhsulun tərkibində insan sağlamlığına mənfi təsir göstərən maddə aşkar edilib.
Yurd.Media xəbər verir ki, xüsusilə səhər yeməklərində hər yaşdan çoxlu sayda insanın böyük iştahla qəbul etdiyi küncüt halvasının tərkibində insan orqanizminə zərər verə biləcək bakteriyalar müəyyən olunub.
Sağlamlıq üçün risk yaradan halvada Salmonella bakteriyasının tapıldığı açıqlanıb. Bu bakteriyanın istehlakdan sonra 6-72 saat müddətində yüksək temperatur, ishal, ürəkbulanma, qusma, titrəmə, baş ağrısı və qanaxma kimi simptomları ortaya çıxara biləcəyi bildirilb.
Almaniya bazarlarının rəflərində satışda olan küncüt halvasında Salmonella bakteriyasının təsbit edilməsinin ardından istehsalçı şirkətlər həmin məhsulları satışdan geri çəkib.
Geri çağırılan məhsullar vanil susam pastası əsasında hazırlanmış küncüt halvasıdır. Bu halvalar 350 və 700 qramlıq qablaşdırmalarda satışa təqdim olunur. Aparılan laboratoriya müayinələri nəticəsində müəyyən tarixli bəzi partiyalarda Salmonella bakteriyasının mövcudluğu təsdiqlənib.