SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Antisanitar şəraitdə toyuq kəsib təmizlənilən sex aşkarlandı - FOTO

Antisanitar şəraitdə toyuq kəsib təmizlənilən sex aşkarlandı - FOTO

  • 15 oktyabr 2026, 22:03
Lənkəran

Antisanitar şəraitdə toyuq kəsilib təmizlənilən sex aşkarlandı. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Lənkəran rayonu, Girdəni kəndində yerləşən toyuq kəsimi sexində plandankənar yoxlama keçirilib, fəaliyyəti dayandırılıb.

Bildirilib ki, obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb.

Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Skat.az - Ev və Avtomobil elanları