Populyar melodiyalar və yüksək ritmlər insanların cərrahi müdaxilədən sonra daha sürətli və effektiv şəkildə sağalmasına yardımçı olur.
Yurd.Media xəbər verir ki, Kaliforniyada fəaliyyət göstərən tədqiqatçıların yeni elmi araşdırması bu nəticəyə gəlməyə imkan verib.
Mütəxəssislər aşkar ediblər ki, musiqi dinləmək əməliyyatdan sonra ayılan xəstələrdə həyəcan, ağrı hissi və ürək döyüntüsünün intensivliyini azaltmağa kömək edir.
Təcrübədə iştirak edən və musiqi dinləyən xəstələr musiqi dinləməyən iştirakçılarla müqayisədə morfin dozasının yarısından da az miqdarda ağrıkəsiciyə ehtiyac duyublar.
Musiqi dinləyən xəstələrdə cərrahi əməliyyatdan sonrakı gün ağrı səviyyəsi və narahatlıq hissi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Tədqiqatçıların fikrincə, musiqi dinləmək orqanizmdə stress hormonu kimi tanınan kortizolun səviyyəsinin enməsinə gətirib çıxarır.