SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Üşümə bu ciddi xəstəliklərin əlaməti ola bilər

Üşümə bu ciddi xəstəliklərin əlaməti ola bilər

  • 16 oktyabr 2026, 23:34

Orqanizmin xəbərdarlıq mexanizmi sayılan üşümə heç vaxt səbəbsiz olmur. Məhz buna görə həddən artıq üşümə hissini göz ardı etmək olmaz.

Yurd.Media xəbər verir ki, mütəxəssislərin rəyinə görə, həddindən artıq üşümə ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Soyuqluq hissi ətraf mühitdə temperaturun ani dəyişməsinə qarşı orqanizmin reaksiyası olaraq meydana gəlir. Dəri, qan damarları və əzələlər birgə fəaliyyət göstərərək temperatur fərqlərinə uyğunlaşmağa çalışırlar. Lakin güclü üşümənin yalnız soyuq hava ilə bağlı olduğunu düşünmək doğru deyil. Çünki bədənin xəbərdarlıq sistemi olan soyuqluq hissi əhəmiyyətli xəstəliklərin işarəsi də ola bilər. Buna görə üşümə hissi uzun müddət davam edirsə və ya başqa şikayətlərlə birlikdə özünü göstərirsə, mütləq həkim məsləhəti almaq lazımdır.

Həddindən artıq üşümənin bir sıra səbəbləri mövcuddur:

Hipoqlikemiya güclü üşümənin əsas səbəblərindən biridir. Qandakı şəkər miqdarının 50 mq/dl və ya ondan da aşağı enməsi "hipoqlikemiya" olaraq təyin edilir. Hipoqlikemiya təcili müalicə tələb edən bir vəziyyətdir. Əks təqdirdə, huşun itirilməsi, daimi və ya qısamüddətli beyin funksiyalarının pozulması kimi ciddi fəsadlara yol aça bilər. Bundan başqa, tez-tez təkrarlanan hipoqlikemiya epizodları, düzgün olmayan qidalanma və artan bədən çəkisi diabet xəstəliyinə tutulma ehtimalını yüksəldir.

Əllərin və ayaqların daimi soyuq qalmasının mühüm səbəblərindən biri də anemiya hesab olunur. Ciddi sağlamlıq problemi olan anemiya daha çox qadınlar arasında yayılmışdır. Müalicə olunmadıqda üşümə ilə başlayan halsızlıq, tez yorulma və ürək döyüntüsünün sürətlənməsi kimi əlamətlər getdikcə güclənir və həyat keyfiyyətinə mənfi təsir göstərir.

Müəyyən vitaminlərin çatışmazlığı da üşümə hissinin yaranmasına səbəb olur. B12 vitamini, dəmir, C vitamini və folat eksikliyi anemiyaya gətirib çıxarır. Bədəndə metabolizmi nizamlayan tiroid vəzinin sağlam fəaliyyəti bütün orqan sistemlərinin harmonik işləməsini təmin edir.

Daimi yorğunluq hissi, saçların tökülməsi, qəbizlik, istənilmədən çəki artması kimi insanın gündəlik yaşayışına pis təsir edən müxtəlif klinik hallar ortaya çıxa bilər. Qan damarları sistemi ilə bağlı xəstəliklər də həddindən artıq üşümənin göstəricilərindəndir. Məsələn, damar tıxanıqlığı və damar divarının endotel qatının zədələnməsi nəticəsində qan dövranının kifayət qədər olmaması, müvafiq orqanların lazımi qida ilə təmin edilməməsi və ya müəyyən nahiyələrin həssaslığı üzündən xüsusilə ayaq və qollarda soyuqluq hissi yarana bilər.

Neyropatiyalar, əzələ pozğunluqları və ya dağınıq skleroz kimi sistemik, sinir ötürücü sistem xəstəliklərində soyuqluq, keyləşmə və hərəkət ixtilalları kimi əlamətlər müşahidə oluna bilər.

Xüsusilə ailə tarixçəsində bənzər xəstəliklər mövcuddursa, gecikmədən aidiyyəti üzrə həkimə müraciət etmək vacibdir.

Skat.az - Ev və Avtomobil elanları