SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Həftə ərzində nə qədər ət yemək olar?

Həftə ərzində nə qədər ət yemək olar?

  • 15 oktyabr 2026, 08:24

Ət orqanizm üçün zülal və müxtəlif qida elementlərinin əhəmiyyətli qaynağı hesab olunur, ancaq normadan artıq qəbul edildikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Yurd.Media Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə rusiyalı həkim-qastroenteroloq Yevgeni Belousov nəşrə müsahibəsində danışıb.

Mütəxəssisin açıqlamasına əsasən, bu cür fəsadların qarşısını almaq məqsədilə tibb mütəxəssisləri qırmızı ət istehlakını həftə ərzində 500-600 qramdan çox olmamağı tövsiyə edirlər.

"Böyük həcmdə qırmızı ətin, əsasən də emaldan keçmiş ət məhsullarının mütəmadi istehlakı yoğun bağırsaq xərçənginin yaranma ehtimalını artırır. Ətin qızardılması və ya hisə verilməsi prosesində kanserogen təsirli maddələr formalaşa bilər ki, bu da həmin məhsulu insan sağlamlığı baxımından risk faktoruna çevirir", - deyə Yevgeni Belousov vurğulayıb.

Bundan başqa, ətin tərkibindəki doymuş yağların yüksək nisbəti ürək-damar sisteminin fəaliyyətinə zərərli təsir göstərə bilər. Bu tip yağların həddindən artıq qəbulu qandakı xolesterin göstəricilərinin yüksəlməsinə və aterosklerozun meydana gəlməsinə yol aça bilər.

"Ətin keyfiyyəti də əsas amillərdən biridir. Əksər hallarda əlavə konservantlar və doymuş yağlar olan kolbasa və sosiska kimi emaldan keçmiş ət məhsulları xüsusi risk daşıyır. Azyağlı növlərə üstünlük vermək, eyni zamanda qida rasionuna daha çox bitki mənşəli zülal mənbələri - paxlalılar, qoz-fındıq və toxumlar əlavə etmək daha faydalıdır. Bu yanaşma risklərin azaldılmasına və ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yardımçı olacaq", - deyə mütəxəssis əlavə edib.

Skat.az - Ev və Avtomobil elanları