Kontakt linzalarla yatmağın göz üçün ciddi təhlükə yaratdığını aşkarlanıb.
Yurd.Media xəbər verir ki, mütəxəssislər kontakt linzalarla yatdıqda ilk növbədə gözə oksigen daxil olmadığını qeyd edirlər:
"Göz qapaqlarınızı bağladığınız zaman gözə daxil olan oksigen miqdarı artıq azalır. Əgər gözünüzdə hələ linza da varsa, bu zaman hermetik polietilen torba effekti yaranır", - həkimlər izah edir.
Bunun nəticəsində buynuz qişanın hüceyrələri zəifləyir, ən kiçik infeksiyaya qarşı həssas olur və hətta ölməyə başlaya bilərlər.
İkincisi, gün ərzində linzanın səthində toz, bakteriyalar və mikroorqanizmlər toplanır. Gecə, qapalı göz qapaqları altında isti mühitdə, bu mikroorqanizmlər aktiv şəkildə çoxalmağa başlayır.
Oftalmoloqlar vurğulayər ki, linzalarla yatmağın ən təhlükəli nəticələrindən biri akantameb keratitdir. Bu, çox çətin müalicə olunan və dönməz görmə itkisinə səbəb ola bilən ağır infeksiyadır.