Rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov insanlar üçün ən faydalı hesab olunan üç içkinin adını bəyan edib.
Yurd.Media xəbər verir ki, mütəxəssis bu içkiləri ətraflı şəkildə açıqlayıb.
"Ümumiyyətlə, çay, qəhvə və təmiz su bizim gündəlik həyatda ən çox istehlak etməli olduğumuz içkilərdir", - deyə həkim bildirib.
Myasnikov qeyd edib ki, qalan bütün sərinləşdirici içkilər tərkibində olan şəkər və sair zərərli komponentlərə görə orqanizmdə iltihabi proseslərə yol açır. O, bu fikirlərin elmi tədqiqatlara əsaslandığını xüsusi olaraq vurğulayıb.
"Beləliklə, yalnız su, qəhvə və çay için – sağlam olacaqsınız", - deyə həkim sözlərini yekunlaşdırıb.