SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kafedə paslanmış avadanlıqlarla xidmət göstərilib - BAĞLANDI

Kafedə paslanmış avadanlıqlarla xidmət göstərilib - BAĞLANDI

  • 21 aprel 2026, 19:22
Beyləqan

Beyləqanda paslanmış avadanlıqlarla xidmət göstərilən kafenin fəaliyyəti dayandırıldı.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Beyləqan rayonunda kafedə plandankənar yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub.

Bildirilib ki, Birinci Şahsevən kəndində fəaliyyət göstərən kafe Allahverdiyev Xəlil Hüseyn oğluna məxsus olub.

"Yoxlama zamanı həmçinin bir sıra nöqsanlar aşkarlanıb.

İctimai iaşə obyektində qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, emalı prosesində suyun filtirdən keçirilmədiyi, mətbəxdə döşəmə və divar səthlərinin təmirsiz olduğu, asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, alət və avadanlıqların, soyuducu rəflərinin korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub", - məlumatda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları