SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bərdədə natəmizlik tüğyan edən bazarla bağlı tədbir görüldü

Bərdədə natəmizlik tüğyan edən bazarla bağlı tədbir görüldü

Bərdə

Bərdədə natəmizlik tüğyan edən bazarla bağlı tədbir görüldü.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən, "Bərdə Ticarət" ASC-yə məxsus bazarda yoxlama keçirilib.

Qeyd edilib ki, baxış zamanı bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi və digər nöqsanlar müəyyən edilib.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları