Bərdə rayonunda diş texniki Rza Quliyev cərimə edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən R. Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib.
Belə ki, Bərdə şəhəri İ.Qayıbov küçəsində fəaliyyət göstərən stomatoloji xidmətdə lisenziya olmadan özəl tibb fəaliyyət (stomatoloji) göstərməsi aşkar edilib.
Bu səbəbdən Quliyev 5 min manat cərimə edilib. Bu cərimənin ləğv olunması üçün Quliyev Bərdə Rayon Məhkəməsinə müraciət etsə də məhkəmə onun şikayətini təmin etməyib.