SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanda tələbə qarpızdan zəhərlənib? - YENİLƏNİB

Azərbaycanda tələbə qarpızdan zəhərlənib? - YENİLƏNİB

  • 10 iyun 2025, 17:06
Bakı

 Bakıda 20 yaşlı Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib. Onun qarpızdan zəhərləndiyi iddia olunurdu. 

Yurd.Media xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qida zəhərlənməsi ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.

"Bəzi xəbər saytlarında Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin "qida zəhərlənməsi" (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər", - Agentlikdən bildirilib.

***14:56

Bakıda qarpızdan zəhərlənən 2005-ci il təvəllüdlü Ağayeva Dərya Namiz qızı haqqında bir sıra təfərrüatlar məlum olub. 

Yurd.Media xəbər verir ki, “Unikal"ın əldə etdiyi məlumata görə, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yeyib. Bundan bir neçə saat sonra onun vəziyyəti pisləşib. Dərya xəstəxanada vəfat edib. 

Məlumata görə, ondan sonra ailədən heç kim həmin qarpızdan yeməyib. 

Pirsinq və tatu ustası olan gənc qız Saatlı rayonunda dəfn olunub. 

O, ailənin tək qızı idi. Özündən böyük bir qardaşı var. 

Qeyd edək ki, yaxınları onun tələbə olması haqqında yayılan məlumatları təkzib edib.

Prime Leasing