Uzun illər boyu "az miqdarda şərabın" sağlamlığa zərər vermədiyi, hətta beyni qoruduğu düşünülürdü.
Yurd.Media xarici KİV-ə istinadən xəbər verir ki, son araşdırmalar göstərir ki, bu "müsbət effekt" əslində aldadıcıdır. Əvvəlki müşahidələrdə görünən "qoruyucu təsir" faktiki olaraq koqnitiv pozğunluqların ilkin mərhələlərində bəzi insanların alkoqolu daha az qəbul etməyə başlaması ilə əlaqədar imiş.
Aliminlərin sözlərinə görə, həftədə cəmi üç bokal alkoqol qəbulu demensiya riskini 15% artırmağa kifayətdir. Bəzi hallarda isə, hətta həftədə bir qədəh şərab belə təhlükəli prosesi başlada bilər.
Bu nəticələr 550 mindən çox insanın (amerikalilar və britaniyalılar) iştirakı ilə aparılan tədqiqatda aşkar edilib. Tədqiqatçılar təkcə müşahidələrə deyil, həm də genetik analizə əsaslanıblar, bu da nəticələrin etibarlılığını artırır.
Bundan əlavə, son araşdırmalar təsdiqləyib ki, alkoqol qadınlara kişilərə nisbətən daha çox zərər verir. Qadınlarda beyinin vacib qoruyucu hüceyrələrinin işində pozulmalar daha tez və daha erkən baş verir.