SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şosedə təhlükə yaradan vəziyyət aradan qaldırıldı - FOTO

Şosedə təhlükə yaradan vəziyyət aradan qaldırıldı - FOTO

Bakı

Zabrat–Maştağa şosesində bir müddət açıq qalan yağış barmaqlıqları ilə bağlı məsələ nəhayət həllini tapıb.

Yurd.Media əməkdaşlarının fevral ayında apardığı çəkiliş zamanı ərazidə bir neçə yağış barmaqlığının yerində olmadığı və açıq qaldığı aşkar edilmişdi. Bu vəziyyət həm piyadalar, həm də nəqliyyat vasitələri üçün təhlükə yaradırdı.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirmişdilər ki, şəhərin müxtəlif ərazilərində yağış sularının axıdılması üçün quraşdırılmış dəmir barmaqlıqlar bəzən metal yığan şəxslər tərəfindən oğurlanır. Nəticədə bəzi yerlərdə kanalizasiya və yağış suyu xətləri açıq vəziyyətdə qalır.

Agentliyin məlumatına görə, görülən tədbirlər nəticəsində ötən gün Zabrat–Maştağa şosesində 8 ədəd yeni yağış barmaqlığı quraşdırılıb və açıq qalmış hissələr tam şəkildə bağlanıb.

Qurum qeyd edib ki, bu cür halların qarşısının alınması üçün monitorinqlər davam etdirilir və aşkar edilən problemlər mərhələli şəkildə aradan qaldırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları