SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Şossedə təhlükə mənbəyinə çevrilən açıq barmaqlıqlar - FOTO

Şossedə təhlükə mənbəyinə çevrilən açıq barmaqlıqlar - FOTO

Bakı

Zabrat–Maştağa şossesi istiqamətində yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqlar yenidən açıq vəziyyətdədir və bu, ərazidən keçən piyadalar və sürücülər üçün ciddi təhlükə yaradır.

Yurd.Mediya xəbər verir ki, məsələ ilə bağlı yay aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nə rəsmi müraciət ünvanlanmış, qurum tərəfindən problemin aradan qaldırıldığı bildirilsə də, hazırda eyni vəziyyət təkrar müşahidə olunur. Xüsusilə Zabrat–Maştağa şossesinin körpü istiqamətində bir neçə nöqtədə barmaqlıqların yerində olmadığı qeyd edilir.

Qurum tərəfindən daha əvvəl bildirilmişdi ki, dəmir barmaqlıqlar naməlum şəxslər tərəfindən oğurlanır. Lakin görünən odur ki, bunun qarşısının alınması üçün effektiv və davamlı tədbirlər görülməyib. Açıq qalan yağış kanalları isə istənilən an ağır qəza və ya bədbəxt hadisə ilə nəticələnə bilər.

Sakinlər bildirirlər ki, ərazidə daimi monitorinq təşkil olunmalı, müşahidə kameraları quraşdırılmalı və oğurluq hallarına qarşı ciddi nəzarət mexanizmi tətbiq edilməlidir. Eyni zamanda, məsul qurum tərəfindən operativ reaksiya verilməsi və təhlükəli nöqtələrin dərhal bərpası tələb olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları