İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti havalandırma sisteminin qurulmasına yarım milyon manata yaxın pul xərcləyəcək.
Yurd.Media xəbər verir ki, "Vıen group" MMC ilə bağlanan müqaviləyə görə 9 saylı Lökbatan kanalizasiya nasos stansiya binasında havalandırma sisteminin qurulması üçün lazım olan avadanlıqların satın alınması nəzərdə tutulub.
Qurum satınalma ilə bağlı sözügedən şirkətlə 459 min 256 manat dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, şirkət 2015-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Mustafayev Ramil Mübariz oğludur. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 34 756.61 manat vergi borcu mövcuddur.
Məlumat üçün onu da bildirək ki, qanunvericiliyə görə vergi borcu olan təchizatçının dövlət satınalmalarında iştirakı yol verilməzdir.// İqtisadiyyat.az