SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Holcim Azərbaycan” cərimələndi

“Holcim Azərbaycan” cərimələndi

  • 10 sentyabr 2026, 13:18

"Holcim Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən ASC-də yoxlama aparılıb. 

Belə ki, şirkətin sonuncu növbəti illik ümumi yığıncağının protokolunun 15 iş günü ərzində deyil, 25-ci iş günündə təqdim edildiyi aşkarlanıb. 

Azərbaycanın iri sement istehsalçısı olan “Holcim Azərbaycan” barəsində İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə protokol tərtib edilib. 

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “Holcim Azərbaycan” 2500 manat cərimə olunub.

Xatırladaq ki, 70 ölkədə fəaliyyət göstərən “Holcim” şirkətı Azərbaycanda 2000-ci ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 31,8 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14%-i isə fiziki şəxslərə məxsusdur. “Holcim Azerbaijan”in illik istehsal gücü 1,7 milyon tondur. Şirkətin baş direktoru bir il əvvəl təyin olunan Sergio Stoikovdur.

Skat.az - Ev və Avtomobil elanları