SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Gəncədə istehsal olunan xüsusi texnikalar Goranboyda da istifadəyə verilib

Gəncədə istehsal olunan xüsusi texnikalar Goranboyda da istifadəyə verilib

Goranboy

Goranboyda kommunal xidmətlər üçün yeni texnika istifadəyə verilib.

Yurd.Media xəbər verir ki, Goranboy şəhərində məişət tullantılarının toplanılması və daşınmasının daha səmərəli təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Goranboy Rayon İcra Hakimiyyətinə göndərilən 1 ədəd xüsusi təyinatlı müasir texnika Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin istifadəsinə verilib.

Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti məsul şəxslərlə birlikdə təqdim olunan texnikaya baxış keçirib.

Qeyd olunub ki, yeni texnika şəhər ərazisində məişət tullantılarının vaxtında toplanması və daşınmasının daha operativ həyata keçirilməsinə, həmçinin ətraf mühitin təmizliyinin qorunmasına xidmət edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində məişət tullantıları daşıyan texnikalarla tanış olarkən bildirilib ki, Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrin inkişafı, müasir sosial infrastrukturun, parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması istiqamətində layihələr ardıcıl şəkildə həyata keçirilir və bu, ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları