SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Gəncədə istehsal olunan xüsusi texnika Qusarda da istifadəyə verilib

Gəncədə istehsal olunan xüsusi texnika Qusarda da istifadəyə verilib

Qusar

Qusar rayonunda bərk məişət tullantılarının daşınması üçün yeni texnika gətirilib.

Yurd.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qusar Rayon Kommunal Müəssisələr Kombinatının balansına bərk məişət tullantılarının daşınmasını təmin etmək məqsədilə müasir maşın təqdim olunub.

Sözügedən maşının tutumu 22 kubmetr təşkil edir və dizel yanacağı ilə işləməklə davamlı istismar imkanları ilə seçilir.

Planlaşdırmaya əsasən, maşın əsasən Qusar şəhərinin mərkəzi küçələrində – Heydər Əliyev, Zərifə Əliyeva, Çingiz Qurbanov və Fəxrəddin Musayev küçələri istiqamətində, həmçinin şəhər avtovağzalının ətrafı və Qusarçay çayının sağ sahili boyunca yerləşən ərazilərdə hərəkət edəcək və bu ərazilərdə məişət tullantılarının vaxtında toplanması və daşınması təmin olunacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində məişət tullantıları daşıyan texnikalarla tanış olarkən bildirilib ki, Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrin inkişafı, müasir sosial infrastrukturun, parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması istiqamətində layihələr ardıcıl şəkildə həyata keçirilir və bu, ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları